
Qubadlı şəhəri və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı nəticəsində 29 min 539 dinc sakin didərgin salınıb.
Gununsesi.info xəbər verir ki, bunu Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.
Qeyd olunub ki, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 10 min 159 əmlak üzrə 1,8 milyard manatdan artıq maddi ziyan vurulub.