Qüdrət Həsənquliyev: “Zaxarova öz kimliyini, rəsmi tutduğu statusu yadından çıxarıb” 

  • By admin
  • 24 İyun 2016 16:49

qudret

 

“Rusiya prezidentinin mətbuat xidmətinin sözçüsü Zaxarova öz kimliyini, rəsmi tutduğu statusu yadından çıxarıb. Onun narahatlığı bunu deməyə əsas verir ki, Novruz Məmmədov düzünü deyib”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri parlamentin iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat qeyd edib ki, bu danışıqlar ermənipərəst qüvvələri ciddi şəkildə narahat edib: “Bu, o deməkdir ki, Novruz Məmmədov düzünü deyib. Mariya Zaxarova ermənipərəst adamdır. XİN də ona başa düşdüyü formada layiq olduğu cavabı verməlidir”.

Qeyd edək ki, N.Məmmədov Sank-Peterburq görüşündə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılığa gəlindiyi barədə açıqlama verib.