Qulu Məhərrəmli üçün özəl gün

  • By admin
  • 02 Noyabr 2017 19:00

Bu gün Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmlinin doğum günüdür.

Gununsesi.info xəbər verir ki, Q.Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib. “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayan jurnalist 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı olub. Q.Məhərrəmli 2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra “Səhər” proqramının baş redaktoru təyin edilib.

Uzun illər AzTV-də müxtəlif vəzifələrdə çalışan Q.Məhərrəmli 2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrın 2-də isə AzTV-ni tərk edib.

Jurnalist 2007-ci ilin oktyabrın 3-dən “Xəzər” TV-də fəaliyyətini davam etdirib. 2007-2012-ci illər arasında “Xəzər” TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb.

Gununsesi.info