Qurban bayramı günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

  • Müəllif: admin
  • 28 Avqust 2017 18:00

1498219107-3723

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. 

Palatadan Gununsesi.info-ya verilən məlumata görə, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 23 bankın 76 struktur bölməsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 4 bankın 2 filialı və 2 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

Gununsesi.info