Qurban bayramı ilə əlaqədar avtovağzal gücləndirilmiş iş rejiminə keçir

  • By admin
  • 06 Avqust 2019 16:44

Qurban bayramı ilə əlaqədar sabahdan avqustun 14-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Gununsesi.org Kompleksə istinadən məlumat verir ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı, bütün zəruri tədbirlər görüləcək.

Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, info@avtovagzal.az e-mail ünvanına və ya BBAK-ın “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.

Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “ Onlayn ” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

Qeyd edək ki, BBAK yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir, qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə cavabdehlik daşımır.

Gununsesi.org