Quru sərhədlərmiz hansısa sahələr üzərində olan monopolistlərin korrupsiya maraqları naminə açılmır

  • By admin
  • 21 May 2022 16:34

Artıq dünyanın ümumi bəlasına çevrilmiş koronavirusla əlvida dönəmi başlayıb.

Əksər ölkələrdə pandemiya ilə bağlı tətbiq edilən qadağalar aradan götürülüb, ölkələr arasındakı quru sərhədlər açəlıb.

Ancaq deyəsən, Azərbaycan hökuməti pandemiya ilə vidalaşmaq istəmir.

İctimai çağrışlara baxmayaraq, hökumət quru sərhədləri açmamaqda israrlıdır.

 

Gununsesi.info-nun xəbərinə görə, Müsavat başqanı Arif Hacılı da buna görə hökuməti tənqid edib:

“Quru sərhədlərmiz çox yəqin ki, hansısa sahələr üzərində olan monopolistlərin korrupsiya maraqları naminə açılmır.
Çünki, Azərbaycanda kovid artıq çoxdan pandemiya səviyyəsindən mövsümi xəstəlik səviyyəsinə keçib”.

 

Gülnar Məmmədli

Gununsesi.info