Rəşad Sadıqov karyerasını bitirməsindən danışdı

  • Müəllif: admin
  • 02 Oktyabr 2017 17:26
59d23baa2a70b_a42ad3da96a6400c939eb6745e6f272e
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq. 
Gununsesi.info-nun məlumatına görə, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.
35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımın atmasını belə izah edib: “Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.
Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.

Gununsesi.info