Rəsul Çunayev Bolqarıstanda beynəlxalq turnirin finalında mübarizə aparacaq

  • By admin
  • 08 Aprel 2017 19:55

İstanbulda çempion olan Yunan-roma güləşçimiz Rəsul Cunayev Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı

Bolqarıstanda Dan Kolovun və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirin birinci günündə ilk finalçımız bəlli olub.

Gununsesi.info xəbər verir ki, Rəsul Çunayev (71 kq) yarımfinalda macarıstanlı sonuncu dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib.

Finalda güləşçimizin rəqibi Qırğızıstan təmsilçisi olacaq.

Digər güləşçimiz Taleh Məmmədov (59 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Gununsesi.info