Rəsulzadənin barelyefindəki səhv aradan qaldırılacaqmı? - NOVXANI BƏLƏDİYYƏSİNİN SƏDRİ YERİNDƏ TAPILMIR

  • By admin
  • 25 Yanvar 2019 10:40

Azərbaycan Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən oğurlanan barelyefinin yerinə yenisi asılıb.

“Qafqazinfo” xəbər  verir ki, ancaq yeni xatirə lövhəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, lövhənin üzərində ciddi nöqsana yol verilib. Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə M. Rəsulzadə Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri kimi adlandırılıb.

Cümhuriyyətin adının mərmərdən hazırlanan xatirə lövhəsində yanlış qeyd edilməsi haqlı olaraq narazılıq yaradıb.

 “Qafqazinfo” məsələ ilə əlaqədar Novxanı bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən məsələdən xəbərdar olduqlarını bildiriblər. Ancaq sədr Şahin Tağıyev yerində olmadığından onunla danışmaq mümkün olmayıb.