Rabitə nazirliyində kadr dəyişikliyi

  • By admin
  • 01 İyul 2016 16:24

aztelekom

 

“Aztelekom” İstehsalat Birliyinin rəhbərliyində dəyişiklik olub. Gununsesi.info xəbər verir ki, qurumun baş direktorunun müavini Mehman Həsənov öz ərizəsi ilə işdən çıxıb. Bundan sonra baş direktorun sabiq müavini Azərbaycan Texniki Universitetində kafedra müdiri kimi çalışacaq.

Qeyd edək ki, “Aztelekom” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərir.