Ramazan bayramında əf olmayacaq

  • By admin
  • 01 İyul 2016 16:35

ef

 

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Ramazan bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağını bildirib. Gununsesi.info xəbər verir ki,  Prezident yanında  Əfv Məsələləri Komissiyasının  üzvü Rəşad Məcid Modern.az-a məlumatı təkzib edərək sərəncam imzalanmasının gözlənilmədiyini deyib:

“Əfv sərəncamının imzalanması birbaşa Prezidentin səlahiyyətində olan məsələdir. Amma əgər belə bir sərəncam gözlənilən olsaydı, indiyə qədər komissiyanın iclasları keçirilərdi. Bu günə qədər iclas keçirilməyib və bundan sonrakı günlərdə də keçirilməsi gözlənilmir”.

Komissiyanın digər üzvü Əliməmməd Nuriyev də saytımıza açıqlamasında sərəncamın verilməsinin Prezidentin səlahiyyətində olduğunu qeyd edib:

“Bu Prezident İlham Əliyevin konstitutsion hüququdur. Amma Komissiyada əfvlə bağlı hər hansı məlumat yoxdur. Bununla bağlı Komissiya üzvləri toplaşmayıb”.