Ramazan əfvi oldu 612 nəfər azadlıqda

  • By admin
  • 02 İyul 2016 10:20

turkmen

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov müqəddəs Ramazan ayının ən fəzilətli gecəsi – Qədr gecəsi şərəfinə 612 nəfəri əfv edib. Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hökumətin iclasında dövlət başçısının imzaladığı müvafiq fərmanlara əsasən, mühakimə edilmiş 568 Türkmənistan vətəndaşı və 26 xarici vətəndaş cəzasının qalan hissəsini çəkməkdən, eləcə də müəyyən bəlli yerdə yaşamaq məcburiyyətindən qurtulub.

Sənədləri imzalamaqla prezident səlahiyyətli şəxslərə əfv olunmuş şəxslərin Qədr gecəsini ailə üzvlərinin yanında keçirməsi məqsədilə onları qısa zamanda azadlığa buraxmağı tapşırıb. Ölkə başçısı eyni zamanda azadlığa çıxan məhbusların işlə təmin olunması barədə də göstəriş verib.

 

Gununsesi.info