Ramazanda toy edən müğənni: ”Məclisimiz içkisiz məclis olub”

  • By admin
  • 08 İyun 2016 11:09

 

Mugenniler nadi manaf

 Müğənni  AyazQasımov Ramazanda toy etdiyi üçün  tənqid atəşinə tutulub.

 

Gununsesi.info xəbər verir ki, ifaçı Ayaz Qasımov oğlu Nurlana şadlıq saraylarından birində kiçik toy məclisi təşkil edib. Şənlik Ramazan ayına təsadüf etdiyi üçün fanatları tərəfindən bir mənalı qarşılanmayıb, tənqid və təhqirlərə məruz qalıb. Bu barədə sənətçi özü açıqlama verərək bildirib ki:

“Əziz dostlar bizim məclisimiz iftardan sonra və içkisiz məclis olub. Xahiş edirəm heç kim  bilmədən yanlış ifadələr işlədib günah etməsin. Ramazan ayı gözəl aydır, Allah hər birinizin oruc və ibadətini qəbul etsin.”

Sevinc Xeyrulla

Gununsesi.info

ayaz ailesi ile