Ramil Usubov polis rəisini vəzifədən azad etdi

  • Müəllif: admin
  • 28 Fevral 2017 11:15

ramil-usubov

Azərbaycanda polis rəisi təqaüdə göndərilib.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hacıqabul rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramazan Kərimov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Gununsesi.info