Ramil Usubovdan yeni rəis təyinatı

  • Müəllif: admin
  • 22 Fevral 2019 18:04

 

Balakən rayon Polis şöbəsinə yeni rəis təyinatı olub.

Gununsesi.org  xəbər verir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

 Əmrə əsasən, Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, M.Əliyev bu təyinatadək Abşeron rayon Polis idarəsinin rəis müavini olub.