Ramil Usubovun müavini HESABAT VERƏCƏK

  • By admin
  • 18 Aprel 2018 13:36
Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun Milli Məclisdə hesabat verəcəyi tarix müəyyənləşib. 
Gununsesi.info-nun məlumatına görə, Milli Koordinator aprelin 24-də Milli Məclisə hesabat verəcək.
Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq.
Qeyd edək ki, Milli Koordinatorun Milli Məclisə hesabatı aprel 3-də təxirə salınmışdı.
Gununsesi.info