Ramili təhqir edən vitse-prezident jurnalistlərin suallarını cavablandıracaq - DÜNYA ÇEMPİONU İLƏ BAĞLI...

  • Müəllif: admin
  • 11 Avqust 2017 15:00

571637

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Londonda keçirilən dünya çempionatında qızıl medal qazanması münasibəti ilə mətbuat konfransı keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “unikal.org”a Milli Olimpiya Komitəsindən bildirilib. Vurğulanıb ki, Ç.Hüseynzadə Ramil Quliyevlə bağlı jurnalistlərin suallarını avqust ayının 15-də cavablandıracaq. Tədbirdə iştirak etmək istəyən jurnalistlər Milli Olimpiya Komitəsindən qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 6 il öncə Lent.az-a verdiyi müsahibədə bugünkü dünya çempionu Ramil Quliyevdən danışmış, onun ünvanına ağır ifadələr işlətmişdi.
Bildirib ki, Ramil Quliyev fəraridir”, “Onda tamamilə türk qanı yoxdur”.
Gununsesi.info