Ramiz Mehdiyev islahatlardan danışdı - "Bundan sonrada davam edəcək" (VİDEO)

  • By admin
  • 23 Aprel 2018 16:10
“Ölkə başçısının islahatları göz qarşısındadır və bundan sonrada davam edəcək”.
Gununsesi.info  xəbər verir ki, yeni Kənd Təssərüfatı Naziri İnam Kərimovu kollektivə təqdim edən prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbərə ekskluziv müsahibəsində mühim məqamlara toxundu.
“İslahlar göz qarşısındadır. Cənab prezident kənd təəsrüfatı üzrə, sosila məsələlər üzrə, iqtisadiyyat üzrə islahlar davam olur. Bundan sonrada davam edəcək. Bu məsələlərin həlli üçün, icrası üçün yeni kadrlar təqdim olunur. Gənc kadrlar o insanlar ki, müasir dünyada gedən proseləri ona görə Azərbaycan bu texnologiylarin tətbiqi olunması gətirilir. Və tətbiq olunması üçün cənab prezidnet tərəfindən səylər göstərilir”.
Kənd təəsrüfatı naziri İnam Kərimov isə ölkə başçısının onun qarşısında mühüm vəzifələr qoyduğunu və bu straeji istiqamətin inkişafı üçün əsas hədəflər müəyyən ediliyini qeyd etdi.
“Əsas işimiz, əsas fəaliyyət prinsipimiz 3 istiqamətdə olacaqdır. Bunlardan birincisi kəndli və fermerlərlə daha yaxın olmaq, onların qayğısını daha yaxından hiss etmək, yanlarında daim olmaq, 2-ci istiqamət düzgün və səmərəli idarəçilik, şəffavlığın təmin edilməsi, hesabatlılıq, neqativ halrra qarşı mübarizə, ən böyük fəaliyyət isə 3-cü olaraq kənd təəsrüfatının inkişafında innovasiyaları təətbiq etməkdir. Və innovativ kənd təəsrüfatına nail olmaqdır”.

Gununsesi.info