Sarkisyan istefa verdi - "Mən baş nazir postumu buraxıram" (CANLI YAYIM)

  • By admin
  • 23 Aprel 2018 16:16

Ermənistanda etiraz aksiyaları davam edir. 

Gununsesi.info news.am-a istinadən xəbər verir ki, baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib.

Eyni zamanda hökümətin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Məlumatda deyilir:

“Əziz soydaşlarım. Sizə sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Baş verən situasiyada bir neçə həll yolu var, lakin mən onlardan heç birinə getməyəcəm. Bu mənə görə deyil. Mən baş nazir postumu buraxıram. Küçə hərəkatı mənim baş nazirliyimə qarşı keçirilir. Sizin tələbinizi yerinə yetirirəm”.

Baş nazir postu müvəqqəti olaraq  Karen Karapetyana həvalə olunub. Sarkisyanın istefası barədə qərar xalqa sabah elan olunacaq.

Gununsesi.info