Raymond Weil yeni saat kolleksiyasını Bakıda təqdim etdi - DÜNYA BRENDİ İLƏ VMF-in ƏMƏKDAŞLIĞININ 25 İLLİYİ ÇƏRÇİVƏSİNDƏ

  • By admin
  • 02 Fevral 2024 09:27

İsveçrənin seçilmiş yüksək saat markası olan Raymond Weil Azərbaycanın xalq artisti  Zülfiyyə xanım Xanbabayevanı gənc istedadlı müğənni, Eurovision 2011 Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovu brendin 2024-cü il üzrə Azərbaycandakı Səfiri elan edib.

Raymond Weil Freelancer Lady kolleksiyanın ruhunu və xanımlığı mükəmməl təmsil edəcək Respublikamızın xalq artisti Zülfiyyə Xanbabayeva ilə tərəfdaşlığını elan edib.

Brend İsveçrədə bütün kateqoriyalar üzrə qalib seçilmiş Millesime Kişi Saatları kolleksiyası üzrə isə gənc istedadlımüğənni Eldar Qasımovla tərəfdaşlığını elan etdi.

Gununsesi.info bildirir ki, 1 fevral 2024-cü il tarixində Raymond Weil brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olan VMF CompanyMMC-nin təşkilatçılığı ilə təşkil edilən tədbirdə  Zülfiyyə xanım Xanbabayeva Raymond Weil Freelancer Lady saat kolleksiyasının brilyant daşlarla işlənmiş xüsusi modeli üçün Brendin Xanım Səfiri nominasiyası ilə, müğənni Eldar Qasımov isə İsveçrədə bütün kateqoriyalar üzrə qalib seçilmiş Millesime Kişi Saatları kolleksiyası üçün Brendin Bəy Səfiri nominasiyası ilə təltif olunub.

Raymond Weil yarım əsrdən çoxdur ki, öz adını mediada ən uğurlu musiqiçilərlə birgə işıqlandırır.

İsveçrəli saatsaz Maison, Operaya olan sevgisindən ilhamlanaraq, mükəmməl musiqiyə olan bağlılığını bütün saatlarının dizaynında da əks etdirir.

Bu gün dünyaca məşhur musiqiçilərlə əməkdaşlıq edən Raymond Weil musiqiyə olan ehtiramını sevgisini bütün qlobalmarketinq strategiyasında istifadə edərək bütün müstəvilərdə musiqini musiqiçiləri dəstəkləyir.

Raymond Weil yarım əsrdən çoxdur ki, İsveçrəli saatsazın onun ailəsinin adını daşıyaraq, saat modellərində bu ailənin köklü mədəniyyətini musiqiyə olan sevgisini təcəssüm etdirir.

Müstəqil ailə şirkəti olaraq Raymond Weil kübar xanımlar kişilər üçün təkrarolunmaz klassik zərif saatların istehsalı ilə İsveçrə saat sənayesində xüsusi yer alır.

1976-cı ildə əsası qoyulan şirkət hal-hazırda markaya öz adını verən Raymond Weilin nəvəsi Elie Bernheim tərəfindən idarə edilir. Əsas mərkəzi Cenevrədə yerləşən şirkət ildən ilə inkişafını davam etdirərək bu gün İsveçrədə lider mövqeyə malik saat şirkətlərindəndir.

Musiqi incəsənətin dünya üçün əhəmiyyətini tükənməz ilham yaradıcılıq mənbəyi kimi ifadə edən Raymond Weil bununla da öz markasının fərqli duruşuna xarakterini formalaşdırır.

Musiqi və sənət brendin fəaliyyətini stimullaşdırır və ikitərəfli əməkdaşlıqlarda sənətkarları, musiqiçiləri, nüfuzlu mükafat mərasimləri ilə beynəlxalq tərəfdaşlıqları ruhlandırır və gücləndirir.

50 ilə yaxındır ki, saatsazlıq təcrübəsinə malik olan İsveçrə brendi Raymond Weil əsrlər boyu İsveçrədə əldə edilmiş saatsazlıq bacarıqları təcrübələrini ön plana çıxarır.

Həssaslıq, keyfiyyət, etibarlılıq, zadəganlıq və yüksək texnologiyalı materiallar brendin fəlsəfəsinin ən önəmlistandartlarıdır.

Qeyd edək ki, mərasimdə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştelin də xanımı ilə mərasimə qatılıb.

VMF

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması sevilməsində, keyfiyyətli brend saat mədəniyyətininin yaradılmasının təməlində durur.

Artıq 25 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.

VMF Şirkətlər Qrupunun yaradılması Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır.

Daim innovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev Azərbaycanda saat mədəniyyətinin təməlini qoyaraq yaratdığı VMF, bu gün dünya şöhrətli 22 saat markasını bir arada toplayaraq, 22 satış məntəqəsində təmsil olunur.

Gununsesi.info