“Rektor atam mənə çox pul da verə bilərdi, amma…” - MİLLƏT VƏKİLİ YAZIR

  • Müəllif: admin
  • 04 Avqust 2017 20:08

elşən-musayev

Köhnə dostlar yaxşı xatırlayar: atam Universitet rektoru olanda sınıq-salxaq bir “06”ım vardı.

Düz 5 il boyunca ha dedim dəyişək, dəyişmədi. Sağını tuturdum, solu gedirdi. Gündə ustada idi. Tam bezdirmişdi məni.

O qədər bezdirmişdi ki, ən böyük arzum onu bərk sürmək, bəzəmək ya da içində oturub zövq almaq deyildi, sadəcə “yama”lardan qaçmaq, daha çox dağılmasını əngəlləmək, ünvan başına birtəhər çatmaq idi….

Atam mənə yeni maşın ala bilərdi. Amma almadı. Yüz cəhd elədim, almadı. Nə yaxşı ki də almadı…

Atam mənə çox pul da verə bilərdi. Amma ömrüm boyu cibimdə 50 manatdan yuxarı pul olmadı. Nə yaxşı ki də olmadı…

Uşaq təfəkkürümlə çox qınamışdım onu. İndi isə qəbrininin daşlarını qaldırıb, kəfənini açıb, uca səslə bağırıb, özü eşidəcəyi tərzdə təşəkkür etmək istəyirəm!

Elşən Musayev, 

Millət vəkili

Gununsesi.info