Rektorun oğlu kralın hüzurunda - FOTO

  • By admin
  • 09 Sentyabr 2016 12:30

abel

İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında Azərbaycan, Argentina, Boliviya, Qvatemala, Monqolustan və Ukraynanın yeni təyin olunan səfirlərin etimadnamələrini qəbul edib. 

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, Azərbaycanın İspaniyadakı yeni səfiri Anar Məhərrəmov etimadnaməsini VI Filippə təqdim edib. Mərasimdən sonra səfir İspaniyanın xarici işlər naziri ilə görüşüb və ikitərəfli münasibətlərin inkişaf məsələlərini müzakirə edib.

Qeyd edək ki, səfir Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur.

abel1

Gununsesi.inf0