Rels oğruları saxlanıldılar

  • By admin
  • 09 Dekabr 2022 20:38

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axşam saatlarında dəmir yol relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Şirvan-Çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun yaxınlığında 3 ədəd dəmir yol relsini kəsərək yük avtomobilinə yükləyən zaman üç nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakinləri A.Hüseynov, C.Səlimov və E.Səlimov olduqları müəyyən edilib.

Həmin şəxslər maddi sübutla birlikdə Şirvan stansiya Xətt Polis Bölməsinə gətiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info