Bəxtiyar Hacıyevin həbsi bizi çox sarsıtdı - BÖYÜK BRİTANİYA SƏFİRİNİN MÜAVİNİ

  • By admin
  • 09 Dekabr 2022 20:20

 

Böyük  Britaniya səfirinin müavini Flipp Berkli 10 dekabr-İnsan Hüquqları Günündə Azərbaycanda insan hüquqlarının durumundan danışıb.

Gununsesi.info Cənab  Berklinin çıxışını təqdim edir:

 

Böyük Britaniya hər zaman İnsan Hüquqları məsələlərini daim diqqətdə saxlayıb.

Keçən həftə Ukraynaya səfər edən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Prezident Putinin mülki şəxslərə hücumlarının dəhşətli nəticələrini gördü. Bu gün o, hücumlara görə məsuliyyət daşıyan şəxslərin maliyyə dayaqlarını ələ keçirmək üçün daha çox addımın atılacağını elan edib.

31 il öncə müstəqilliyini bərpa edən Azərbaycanda bu sahədə bir sıra işlər görülüb.

Ombudsmana  əməyinə görə minnətdarıq. Ancaq təəssüf ki, başa vurmadqda olduğumuz ildə İnsan Hüquqları sahəsində müsbət olmayan addımların şahidi oluruq.

Tofiq Yaqublunun döyülməsi, Aytən Məmmədovanın evinə gedərkən hücuma məruz qalması və İnsan Hüquqları Müdafiəçisi Bəxtiyar Hacıyevin bugünki həbsi bizi çox sarsıtdı. Bu hadisələr onu göstərir ki, daha çox azadlığın və daha çox hörmətin təmin olunmasına ehtiyac var.

Jurnlist Əvəz Hafizlinin qəddar şəkildə qətlə yetirilməsi də, bizə göstərdi ki, LGBT fərdləri təhlükəsiz deyillər. Biz bu çətin məsələlərdə Azərbaycanla işləmək istəyirik. Böyük Britaniya hpkuməti həmçinin İkinci Qarabağ Müharibəsi bitəndən bu yana mina qurbanlarının sayının 260 nəfəri keçməsindən çox narahatdır. Böyük Britaniya ekspertləri qaytarılmış ərazilərin minalardan təmizlənmə prosesində iştirak edir. İnsanların tez bir şəkildə öz doğma yurdlarına qayıtması üçün mina probleminin həllinə dəstək verməyə davam edəcəyik.

Biz Azərbaycanı gələcəkdə minalardan və kaset sursatlarından istifadəni tamamı ilə dayandırmağa çağırırıq. Keçən il selektiv abortlar nəticəsində dünyaya gəlməyən qızlara da, çox üzülürəm. Qızların yaşamasına mane olan partiarxiyaya son qoymaq üçün birlikdə çalışmalıyıq. Gender məsələlərində də, birgə işləmək istəyirik.

Biz, həm də münaqişədən əziyyət çəkən yerlərdə Qadın Resurs Mərkəzini maliyyələşdiririk.

Hər birinizi möhtəşəm fəaliyyətinizə görə, təbrik edirəm. Diqqətiniz üçün minnətdaram.

 

Pərviz

Gununsesi.info