Respublika Günü ilə bağlı layihə qəbul olundu

  • By admin
  • 11 Oktyabr 2021 17:29

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Gununsesi.info xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Gununsesi.info