Restorana basqın edib polis rəisini öldürdülər –  MEKSİKADA

  • By admin
  • 25 İyun 2017 16:26

17572cdfe264089afdcc68965b77f981
Şənbə günü Meksikanın Verakrus ştatında cinayətkar dəstə 11 nəfəri qətlə yetirib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Verakrus ştatının qubernatoru Migel Anxel Yunes liman şəhəri Koatsakoalkosda 4-ü uşaq olmaqla, 6 nəfər, Orizaba şəhərində 2 qadın öldürülüb.

Cinayətkar dəstə Kardel şəhərində restoranda isə federal polis idarəsinin rəisi Kamil Xuan Kastan daxil olmaqla, 3 polisi güllələyib.

Gununsesi.info