Restoranda dava - YARALILAR VAR

  • By admin
  • 30 Noyabr 2017 08:50

Gəncə sakini dava zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində olan kafelərin birində baş verən dava zamanı şəhər sakini, 1979-cu il təvəllüdlü Qurbanov Fuad Ramiz oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info