Romada güclü partlayış baş verib - FOTOLAR

  • Müəllif: admin
  • 12 May 2017 15:20

unnamed (9)

İtaliyanın paytaxtı Romada güclü partlayış baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış BMT-nin binasının və poçt şöbəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, hadisə yerinə polis qüvvələri və yanğınsöndürənlər cəlb edilib.

Yerli mətbuatın verdiyi məlumata görə, nəticəsində bir avtomobilə ziyan dəyib.

Hazırda xəsarət alanlar və hadisə qurbanları barədə məlumat yayılmayıb.

İlkin məlumata görə, partlayışın məhz, poçt vasitəsilə gələn bir məktubun içində olan bombanın işə düşməsi səbəbindən baş verdiyi bildirilir.
unnamed (11) unnamed (10) unnamed (8)
Anar
Gununsesi.info