
“Türkiyədən demokratiya dərsi almayacağıq”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Bolqarıstanın prezidenti Romali Radev mətbuata açıqlamasında belə deyib.
R. Radev bildirib ki, Bolqarıstan Türkiyəyə demokratiya dərsi vərə bilməz, amma demokratiya dərsi də almayacaq, xüsusilə də qanunun aliliyinə hörmət etməyən ölkələrdən:
“Sizləri əmin edirəm ki, martın 26-da Bolqarıstanda keçiriləcək parlament seçkiləri problemsiz şəkildə başa çatacaq. Bolqarıstan öz ölkəsinin qanunlarına riayət edən bir Avropa ölkəsidir” -, deyə R. Radev əlavə edib.
Xatırladaq ki, martın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Bolqarıstanda keçiriləcək seçkilərlə bağlı mətbuata açıqlamasında türkəsilli şəxslərə qarşı təzyiqlər edildiyini və bunun Avropa Birliyi qanunlarına zidd olduğunu söyləyib.
Anar
Gununsesi.info












