“Roskosmos” İlon Maskın raketlərini üstələyəcək layihə hazırlayır

  • By admin
  • 07 Avqust 2020 17:03

“Roskosmos” şirkəti İlon Maskın “SpaceX” şirkətinin “Falcon 9” raketini buraxılış sayına görə üstələyəcək yeni, bir neçə dəfə istifadə edilə biləcək raket daşıyıcısı hazırlamaq niyyətindədir.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadla məlumatına görə, bunu şirkətin baş direktoru Dmitri Roqozin deyib.

D.Roqozin bildirib ki, Rusiyada hazırlanan “Soyuz-SPQ” raketi 100 buraxılış üçün nəzərdə tutulub.

“Falcon 9” isə 10 buraxılışa hesablanıb.

 

 

Gununsesi.info