Rövşən Rüstəmov özünə müşavir təyin etdi - FOTO

  • By admin
  • 13 Yanvar 2023 19:34

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov özünə müşavir təyin edib.

Gununsesi.info xəbər verir ki, bu, Aysel Soltanovadır.

O, Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb, 2014-2020-ci illərdə “Azərkosmos” ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib, 2021-ci ildən isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-də baş direktorun I müavini olub.

Gununsesi.info