Ruandada torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

  • By admin
  • 26 Dekabr 2019 19:46

Ötən gün Ruandada güclü yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb.

Gununsesi.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ruandanın Yerli İdarəetmə naziri Anastase Şyaka bildirib.

Güclü yağışlar nəticəsində paytaxt Kiqali və ətraf ərazilərə ciddi ziyan dəyib. 

Qeyd edək ki, 2019-cu il Şərqi Afrikada güclü yağışlar müşahidə olunub. Ruanda Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu ilin 9 ayı ərzində yağan yağışların səbəb olduğu güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində 234 nəfər ölüb, 268 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 4 mindən çox ev dağılıb, 6 min hektar əkin sahəsinə ziyan dəyib.

Gununsesi.org