Rüfət Səfərovun prosesi iyunun 20-də olacaq - ALİ MƏHKƏMƏDƏ

  • Müəllif: admin
  • 30 May 2017 16:48

rufet

Bəyanatla prokurorluq orqanlarından istefa verdikdən sonra rüşvət ittihamı ilə həbs olunan keçmiş müstəntiq Rüfət Səfərovun kassasiya şikayətinə baxılma vaxtı məlum olub.

Gununsesi.info-ya bu haqda onun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, proses Ali Məhkəmədə iyun ayının 20-də saat 11:00-da Gülzar Rzayevanın sədrliyi ilə baş tutacaq.

Gülnaz Qənbərli

Gununsesi.info