Ruhani Putinlə Bakıda nəyi müzakirə etmək istəyir?

  • By admin
  • 28 İyul 2016 16:33

aliyev-ruhani-putin (1)

 

Putinlə Ruhani Bakıda Suriya, İraqdakı vəziyyəti, həmçinin, Avropanı lərzəyə salan terror hadisələrini müzakirə edəcək.

Gununsesi.info İran mediasıına istinadən xəbər verir ki, prezident Həsən Ruhani avqustun 8-də Bakıda keçiriləcək Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli formatda keçriləcək görüşləri çərçivəsində Vladimir Putinlə təkbətək görüş keçirməyi planlaşdırır. Bu barədə məlumat verən Rusiya-İran hökumtələrarası birgə komissiyanın həmsədri, İranın rabitə naziri Mahmud Vaizi deyib ki, Həsən Ruhani Putinlə görüşmək niyyətindədir. “Keçiriləcək görüşdə Ruhanı Putinlə Suriyadakı və iuraqdakı vəziyyəti, həmçinin Avropada terror hadisələrinin aktivləşməsi məsələsini müzakirə etmək niyyətindədir”- deyə, nazir vurğulayıb. M. Vaezi onu da əlavə edib ki, üç ölkənin liderinin Bakıda bir araya gələrək regional və ölkələr arasında iki və üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə etməsi üçün yaxşı imkan yaranıb.

Gununsesi.info