Rumıniyada futbolçular qəzaya düşüb

  • By admin
  • 06 Avqust 2016 23:03

Avtobus qeza

 

Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb. Gununsesi.info saytı xəbər verir ki, bu barədə Rumıniya FHN-nin məlumatında bildirilir.

 

Məlumata görə, qəza Hunedoara rayonunda baş verib. Yük maşını yol hərəkəti qaydalarını pozaraq, qarşı zolağa çıxıb və avtobusla toqquşub.

 

Avtobusda qəza zamanı 17-26 yaşlarında 18 gənc olub. Komanda Deva şəhərində keçiriləcəyi planlaşdırılan matça yollanırmış.

 

Gununsesi.info