
Rus ordusu Türkiyə sərhədinə doğru hərəkət edir.
Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, Rus ordusunun Türkiyə sərhəddinə yaxınlaşması nəticəsində sərhəddə həyəcan yaşanmaqdadır.
Rus ordusu Suriyanın şimalında Türkiyənin Hatay əyalətinin Reyhanlı yaşayış məntəqəsi ilə üzbəüzdə sərhəd bölgədəki Afrin əyalətindən Türkiyə sərhədi istiqamətindəki Barasaya dağları istiqamətinə hərəkəti müşahidə olunmaqdadır. Rus ordusunun Türkiyə sərhədinə yaxınlaşması ilə bağlı Türk ordusuna həyəcan təbili çalınıb.
Türk ordusuna məxsus zirehli texnika ərazidə növbə çəkdiyi və digər ağır texnikaların zirehli texnikanın rahat hərəkət etməsi üçün yolu genişləndirərkən, bir yandan da mühafizə divarı tikilməkdədir.
Mürtəza
Gununsesi.info












