Rusiya aviaşirkəti İrəvana uçuşlardan imtina etdi

  • By admin
  • 03 Noyabr 2016 15:28
rus-rus
Rusiyanın loukoster aviaşirkəti olan “Pobeda” Rostov-İrəvana reysinə uçuçları həyata keçriməkdən imtina edir.
Gununsesi.info İnterfax-a istinadən xəbər verir ki, Rusiya aviaşirkəti İrəvana uçuşların həyata keçirməkdən imtina etməsinin səbəbini “Zvartnoç” aeroportunda  sərnişınlərə bahalı xidmət göstərilməsi ilə izah edib:
“Biz İrəvana uşuşları həyata keçirmədən ona görə imtina etmək barədə qərara gəldik ki, “Zvartnos” hava limanında  xidmətlər həddindən artıq bahadır və burada admabaşına 50 avro alırlar. Bu da  nəzərdə tutulan tarifdən çox bahadır”.
“Pobeda” aviaşirkəti onu da bəyan edib ki, avişçirkətin aeroport  xidmət haqqı adambaşına 10 avrodur. Ancaq  bir sıra hava limanlarında bu xidmət pulsuzdur.
Qeyd edək ki, “Pobeda” aviaşirkəti bu günlərdə Azərbaycana da loukoster uçuşlar həyata keçirməyə başlayıb.
“Pobeda” şirkəti iyul ayından etibarən həftədə 4 dəfə Rostov-İrəvan reysini həyata keçirmək barədə razılıq  alsa da, indiyədək uçuşları həyata keçirməyib.
Gununsesi.info