Rusiya Azərbaycana qaz nəqlini bərpa etdi

  • By admin
  • 22 Noyabr 2017 17:18

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Gazprom export” şirkəti Azərbaycana təbii qazın nəqlinin bərpa olunması barədə razılığa gəlib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, bu barədə Rusiya şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müqavilə ötən gün Moskvada imzalanıb. Qaz nəqlinin başlanması tarixi isə bu gündür. Müqaviləyə əsasən, Azərbaycan bazarına 1,6 mlrd. kubmetr Rusiya qazının nəqli nəzərdə tutulur.

Gununsesi.info