Rusiya Bakı-Kazan avtobus reysinin yenidən bərpasını təklif etdi

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 18:21

avtobus-7

Rusiya Bakı-Kazan avtobus reysinin yenidən bərpasını təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı üzrə Dövlət Siyasəti Departamentinin direktoru Aleksey Bakirey deyib.

O, bildirib ki, bu ilin sentyabrın 27-də Bakı-Kazan avtobus reysinin həyata keçirilməsinə dair icazənin müddəti bitib.

A.Bakirey böyük tələbat olan bu istiqamət üzrə sərnişin daşımalarının yenidən bərpası üçün icazə müddətinin tezliklə bərpasını təklif edib.

Gununsesi.info