Rusiya ABŞ-a uduzduğunu etiraf edib. Gununsesi.info “İnterfax”-a istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Dmitriy Roqozin mayın 27-də Sənaye ticarət nazirliynin kollegiyasında Rusiyanın kosmik-raket sahəsində ABŞ-dan doqquz dəfə geri qalması ilə bağlı səslənən fikirə mövqeyini açıqlayıb. O deyib ki, Rusiya kosmos-raket sferasındakı istehsalını hətta iki dəfə artırsa, belə ABŞ-a çata bilməyəcək. “Biz bu sahəyə bir dəfə yarım investisiya qoyuluşunu artırsaq belə kosmik sahədə ABŞ-ı keçməyimiz qeyri-mümkündür. Biz onları ötüb keçə bilmərik” , – baş nazir mavini D. Roqozin vurğulayıb. Onun sözlərinə görə, nə qədər ki, Rusiya sənayesi bürokratiya ilə vuruşur, o vaxtadək rusiyalıların işi ancaq NASA-ya və İlona Maska baxmaq olacaq.