Rusiya Belarusa 700 milyon dollar kredit ayıracaq

  • By admin
  • 22 Avqust 2017 16:50

14

İlin sonunadək Rusiya Belarusa 700 milyon dollar həcmində dövlətlərarası kredit verəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiya tərəfi Belarusa 2017-ci ildə 700 milyon dollar kredit verəcək. Kredit 2018-ci ilin 15 aprelindən etibarən 10 il müddətində geri ödəniləcək.

Qeyd edək ki, kredit üzrə illik faiz 2.5% olmaqla, növbəti illərdə faiz dərəcəsi mərhələli şəkildə artırılacaq və maksimum hədd 9,5 faiz olacaq.

Anar

Gununsesi.info