Rusiya DİN jurnalist Ülviyyə Şamilqızının avtomobil qəzasında ölməsi barədə MƏLUMAT YAYIB

  • Müəllif: admin
  • 24 Yanvar 2018 14:14

Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının ötən gün Həştərxanda avtomobil qəzasında ölməsi barədə rəsmi məlumat yayıb. 

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, ötən gün yerli vaxtla saat 18.20-də Həştərxan şəhərində  30 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yolun hərəkət hissəsinin piyada zolağından keçən, Həştərxan universitetlərindən birində təhsil alan 1986-cı il təvəllüdlü tələbə qızı vurub.

Azərbaycanlı tələbə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Həştərxanın 1 nömrəli Yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Qeyd edək ki, hadisədə ölən Ü.Şamilqızı Azərbaycanın müxtəlif media qurumlarında çalışıb.

Gununsesi.info