
“ABŞ-ın Rusiyaya qarşı siyasətini səbrlə gözləyirik”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda martın 1-də ABŞ prezidenti Donald Trampın Konqresdə etdiyi çıxışına Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov münasibət bildirərkən belə deyib.
D. Peskov qeyd edib ki, D. Trampın Rusiya ilə bağlı fərqli şərhlərini eşitdik: “Biz səbrliyik və ikitərəfli münasibətlərin bütün aspektləri üzrə şərhləri təqib edəcəyik. Eyni zamanda D. Trampın atacağı hər addımı səbrlə gözləyirik” -, deyə o bildirib.
D.Peskov qeyd edib ki, D. Tramp Konqresdə etdiyi çıxış zamanı Rusiyanın adını çəkməsə də, Moskva ilə əlaqələrinin yaxşılaşdırmasının siqnalı olaraq, ABŞ ortaq maraqların kəsişdiyi yerdə yeni dostlar tapmaq və yeni ortaqlıqlar qurmaq istəyir.
Anar
Gununsesi.info











