Kəlbəcər köçkünlərinə elektrik enerjisinin verilməsi bərpa olunub - QAÇQINKOM

  • Müəllif: admin
  • 02 Mart 2017 11:50

qacqinkom

“Goranboy rayonun Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinə elektrik enerjisinin verilməsi artıq bərpa olunub”.

Bu haqda Gununsesi.info-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (MKİDK) mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.

Onun sözlərinə görə, Goranboy rayon Elektrik Şəbəkəsi Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinin elektrik enerjisini kəsilməsi ilə əlaqədar yaranmış narazılıqlarl bağlı araşdırma aparılıb.

Elçin Qədimov bildirib ki, rayonun Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinə elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı məlumat MKİDK-a daxil olan kimi araşdırmalara başlanılıb: “Nəticədə Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinə elektrik enerjisinin verilməsi bərpa edilib”.

E. Qədimovun qeyd edib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinin sayğaca görə elektrik enerjisində borcları yaranıb: “Belə ki, sözügüdən ərazidə yaşayan sakinlərə dövlət tərəfində müavinətlər verilir. Buna uyğun olaraq da, sakinlər istifadə etdikləri elektrik enerjisinin haqqını özləri ödəyirlər. Ancaq fevral-mart aylarının müavinətləri isə məhz, bu ay veriləcək. Artıq MKİDK bununla bağlı elan da verib. Hazırda Azərbaycan prezidentinin verdiyi məlum fərmana uyğun olaraq, lazımi sənədlərin hazırlanması prosesi həyata keçirilir. Proses xeyli vaxt apardığına görə, sakinlərə fevral və mart aylarının müavinətləri yaxın vaxtlarda veriləcək. Yəqin ki, həmin ərazidə yaşayan sakinlər də müavinətlərini alan kimi elektrik enerjisinə görə yaranan borclarının haqqını ödəyəcəklər” -, deyə o bildirib.

Anar
Gununsesi.info