Rusiya ilə Türkiyə arasında buzlar əriyir ŞƏRH

  • By admin
  • 07 İyun 2016 16:48

Putin Ardogan greeting

Son vaxtlar Rusiyadan Türkiyəyə qarşılıqlı güzəşt və münasibətlərin bərpa edilməsi haqqında mesajlar səsləndirilir.  Artıq Kreml Ankara ilə münasibətlərin korlnmasının onlara nə qədər baha başa gəldiyinin fərqindədir və əlaqələrin normallaşdırılması üçün yollar arayır. Çünki Kremlin Türkiyəyə qarşı başlatdığı təbliğat kampaniyası-soyuq münasibətlərin qısa zamanda normal məcraya dönməsi zaman tələb edən məsələdir. Bircə o aydındır ki, Rusiya Türkiyə ilə münasibətləri hansı vasitə ilə olur-olsun aradan qaldırmağa cəhd edir. Düzdür, münasibətlərin normallaşdırılmasında Türkiyə də maraqlıdır. Ona görə ki, hər iki tərəf yaxşı anlayır ki, münasibətlərin korlanmasından hər ikisi itirir və bu soyuq münasibətlər davam etdikcə, öz ölkələrini daha da ciddi problemlər qarşısında qoyurlar.

 

Russian and Turkish Flags

Kreml bunun fərqindədir və yaxşı anlayır ki, Moskva-Ankara münasibətlərinin korlanmasından daha çox əziyyət çəkən və bundan daha çox itirən Rusiya olacaq. Elə Rusiya prezidenti Vladimir Putinin Yunanıstanda səsləndirdiyi bəyanatlar diqqət yetirsək, o zaman Kremlin Yunanıstandan daha çox Türkiyəyə ehtiyacnın olduğu mesajını duymuş olarıq. Çünki bir müddətdən sonra münasibətlər düzələcək, ancaq o zaman tərəflər nə qədər istəsə belə, münasibətləri əvvəlki səviyyəyə qaldıra bilməyəcəklər. Rusiya Türkiyədə itirdiklərini bərpa edə bilməyəcək. Bunun üçün nəzərdə tutulan enerji layihələrinə, artan enerjisi və digər strateji sahələrdəki layihələri nəzər yetirmək kifayətdir. Rusiyanın yerini Azərbaycan, Orta Asiya, digər tərəfdən isə İran dolduracaq. Rusiya isə belə bir bazarı itirmək istəməz. Ona görə də münasibətləri bərpa etməyə çalışır. Ancaq necə? Bax, bu suala cavab aranılır və demək olar ki, tərəflər yaranmış vəziyyətdən çıxış yolu kimi ilkin olaraq, qeyri-rəsmi dialoqun aparılmasında görürlər.

 

Ardogan and Putin together

Tərəflər bu yolla cəmiyyəti hazırlayırlar. Qeyri-rəsmi formatda aparılan dialoqun ilkin mərhələsində isə hər zaman olduğu kimi bu dəfə də Rusiyanıın xarici siyasət barometri hesab olunan Vladimir Jirinovskidir. Türkiyəmin rusiyadakı səfiri Ümid Yardımla görüşündən sonra LDPR lideri V. Jirnovskinin Türkiyəyə qarşı açıqlamalarında ciddi dəyişikliklərin baş verdiyinin şahidi oluruq.

 

 

JirinovskyBelə ki, Türkiyəli diplomatla görüşündən sonra V. Jirinovski Rusiya-Türkiyə münasibətlərinə toxunaraq deyib ki, bu gün realist olmaq lazımdır. Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlı olan O,  iki ölkə arsında münasibətlərin bu həddə çatmasında Vaşinqtonu ittiham edib. Deyib ki, Ankara ilə Moskava arasındakı münasibətlərin soyuqluğu ancaq Vaşinqtonun maraqlarına xidmət edir. Bu sözlərin səmimiliynə inanmasaq da, diplomatiya və ölkələrin maraqları çərçivəsindən deyildiyi ortadadır. Çünki Rusiyanın bu gün üzləşdiyi problem indi hər zaman türklərə düşmən mövqe sərgiləyən və olmazın ifadəsini işlədən bir şəxsin dilindən eşitmək təsadüfü sayıla bilməz. Ən azından ona görə ki, siyasi proseslərdən xəbəri olan hər bir şəxs Jirinovskinin Kremlin danışan dili və yaxud bu ölkənin xarici siyasətindəki barometri kimi tanıyır. Yəni, Kremlin deyə və işlədə bilmədiyini məhz bu şəxs vasitəsi ilə cəmiyyətə çatdırılır və onun vasitəsi ilə ictimai rəy formalaşdırılır.

Russian PlaneMəhz bu baxmdan V. Jirinovskinin Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasının vacib olduğunu dilə gətirərək deyib: “Bu gün yaxın Şərqdə baş verən hasdisələrə baxmaq yetər ki, hər şey anlanılsın. Yaxn Şərqdəki baş verən bu proseslər hələ bundan sonra neçə on illər davam edəcək heç kim bilmir. Məhz buna görə də rus təyyarəsi vurlusun və bununla da Rusiya Türkiyə münasibətləri korlansın. Rus təyyarəsi vurulandək Türkiyə-Rusiya münasibətləri çox yaxşı idi və münasibətlərin bu səviyyədə olması ABŞ-ı narahat edirdi. Ancaq Rusiya ilə Türkiyə arasında konfliktin yaranmasından sonra ABŞ bölgədə özünə münasibə şərait formalaşdırdı. Avropa pis, Türkiyə pis, Rusiya pis, Yaxın Şərq pis. Ancaq Amerika bütün bunlardan uzaqda, okeanın o tayındadır və ortalığı bulandırmaqla məşğuldur.”

V. Jirinovski Türkiyə haqqıında daha uzaqlara gedərək deyib ki, Ankara bölgədəki vəziyyətdən daha ağıllı qaydada istifadə etməklə regionda mövqeyini möhkəmləndirə bilər: “Müharibə Ankaraya ərazilərini genişləndirməyə, ordusunu gücləndirməyə, özünə hörmət etdirməyə şərait yaradır”. Bütun bunlar deməyə əsas verir ki, Kreml qeyri-rəsmi formada dialoqu davam etdirməyə və ictimai rəyi hazırlayaraq münasibətləri istiləşdirməyə çalışır.

 

OGennady Zuganovnsuz da rusiya kommunistlərinin lideri Gennadiy Züqanov ilk andan Rusiya Türkiyə münasibətlərinin pozulmasına qarşı idi və Ankara ilə münasibətlərin qorunub saxlanması tələbi ilə çıxış edirdi. Hətta bir müddət öncə Züqanovun Türkiyə ilə münasibətlərin normallaşdırılamsı təklifinə Vladimir Jirinivski kəskin reaksiya verərək onu təhqir etməkdən belə çəçkinməmişdi. Hətta kommunistlərin liderinin soyadını azərbaycanlaşdıraraq demişdi ki, onun adın dəyişin Gennadiy Züqanovzadə qoymaq lazımdr.

 

SONY DSC

Politoloq Elxan Şahinoğlu da Gununsesi.info-ya açqlamasında Rusiya ilə Türkiyə arasnda münasibətlərin normallaşdırılması istiqamətində dialoqun getdiyini qeyd edib. Vladimir Jirinovskinin açıqlamalarına gəldikəd isə E. Şahinoğlu deyib ki, artıq münasibətlərin normallaşdırılması istiqamətində müsbət çalarlar hiss olunmaqdadır: “Bunu hər zaman antitürk mövqeyi ilə seçilən Vladimir Jirinovskinin də ritorikasından hiss etmək olar. Artq o da Rusiya-Türkiyə dostluğunun yaxın keçmişindən danışır və iki dövlətin arasını Amerikanın vurduğunu deyir”, -politoloq vurğulayıb. Onun sözlərinə görə, Jirinovski nə qədər millətçi və ağzı harfalı siyasətçi olsa da, Rusiya cəmiyyətində kifayət qədər dəstəyə malikdir: “O həmçinin Rusiya televiziya kanallarının əsas simasıdır, çünki qışqırığı və bağırtısı proqramlara reytinq gətirir, ən əsası o Kremlin danışan dilidir.

 

Ardoghan and Putin

Ona görə də belə siyasətçinin ritorikasının (qısa müddətə olsa da) dəyişməsinin Rusiya-Türkiyə münasibətlərinin gərginlik mərhələsindən çıxmasında rolu ola bilər”. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu iki ölkə arasında işçi qrupun yaradılmasını təklif edib. Qrupun məqsədi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması olmalıdır. Çavuşoğlunun sözlərinə görə, qrup rəsmi və ya qeyri-rəsmi formatda fəaliyyətə başlaya bilər. Qeyri-rəsmi formatda dialoqa başlamaq daha realdır. Rəsmi Moskva dialoqa hazır olmasa da, rusiyalı ekspertlər və bilim adamları türkiyəli həmkarları ilə dialoq qurmağa hazırdılar.

 

fLAG OF aZERBAIJAN

Bu ekspertlər arasında Kremlə yaxın şəxslər də var. Onu da qeyd etmək yerinə düşər ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın müstəsna rolu ola bilər. Ekspertlər də hesab edirlər ki, Azərbaycanın ikitərəfli dialoqa fayda verəcəyi də mümkündür. Türkiyə Azərbaycanın müttəfiqi, Rusiya isə tərəfdaşıdır. Ona görə də Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasını arzulayan əsas ölkələrdəndir. Dağlıq Qarabağ münaqişəsi baxımından da Rusiya-Türkiyə münasibətlərinin hazırki gərginliyi Azərbaycanın maraqlarına cavab vermir. Düzdür, Rusiya-Türkiyə münasibətlərinin yaxın bir neçə ay ərzində düzəlməsi qeyri real olsa da, proseslərə uğurla aparılarsa, o zaman biz bu istiqamətdə ciddi addımların atılmasının şahidi ola bilərik.

Mürtəza Bünyadlı

Gununsesi.info