Rusiya Hərbi Hava Qüvvələri Suriyada İŞİD hədəflərinə aviazərbə endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, qırıcılar Deyr-ez-Zor şəhərindəki İŞİD müdafiə istehkamlarını bombalayıb. İyunun 6-sı və 8-də endirilən hava hücumları nəticəsində terrorçuların səhra komandirləri Əbu Umar əl-Beljiki və Əbu Yasin əl-Masri öldürülüb.
Bundan əlavə 180 silahlı və 16 hərbi avtomobil məhv edilib.
Gununsesi.info












