Rusiya modernləşdirilmiş Hava-Hücumundan Müdafiə sistemini sınaqdan keçirib - VİDEO

  • By admin
  • 24 Noyabr 2017 10:46

Rusiya modernləşdirilmiş Hava-Hücumundan Müdafiə sistemini sınaqdan keçirib.

Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi video yayıb.

Rusiya  modernləşdirilmiş Hava-Hücumundan Müdafiə sistemini Qazaxıstanın Sarı-Şaqan təlim mərkəzində sınaqdan çıxarıb. Təlim mərkəzində Rusiya Hava-Kosmik Qüvvələrinin hava-hücumundan və raketə qarşı müdafiə raketlərinin yoxlanılışı keçirilib.

Nazirliyin verdiyi məlumata görə, modernləşdirilmiş raketlər sınaqdan uğurla çıxıb və atılan raketlər hədəfi məhv edib.

Nazirliyin verdiyi xəbərə görə, hazırda paytaxtın hava-hücumundan müdafiəsini A-135 raketə qarşı müdafiə sistemi qoruyur ki, bunun istehsalına 1971-ci ildən başlanılıb, 1979-cu ildə ilk dəfə isə sınaqdan  çıxarılıb. A-135 sistemi “Don-2H” RLS-dən ibarətdir və Moskvaətrafı Sofrino da yerləşir. 5K80 Komanda-idarəetmə məntəqəsi isə Puşkində yerləşir. Burada bir neçə atış kompleksi var. Hansı ki, bu komplekslər 53T6 raketəqarşı tutucu sistemdən ibarətdir.

Gununsesi.info