Rusiya Qarabağa minatəmizlək üçün mütəxəssislər göndərdi

  • By admin
  • 18 Yanvar 2021 19:09

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda minalardan təmizləmə işləri üçün Azərbaycana əlavə qrup göndərib.

Bu barədə Nazirliyin bəyanatında deyilir.
Qeyd olunur ki, “Lider” mərkəzinin və Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri İl-76 təyyarəsi ilə Moskvadan Gəncəyə yola düşüb.
Bundan başqa, axtarış işlərində istifadə olunması üçün 2 ədəd texnika gətirilir.
Xatırladaq ki, yanvarın əvvəlində Rusiya FHN-in 20 mütəxəssisi Ağdam rayonunda minatəmizləmə işlərinə başlayıb.
Gununsesi.info