“Rusiya sülh üçün hər şeyi etdi” - PUTİN

  • By admin
  • 21 Fevral 2022 18:37

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında Rusiyanın Donbassdakı ziddiyyətləri sülh yolu ilə həll etmək üçün ilkin olaraq hər şeyi etdiyinə diqqət çəkib.

Gununsesi.info-nun məlumatına görə, Rusiya lideri çıxışında deyib:

“İnsanlar deyirdilər ki, onlar iki müstəqil respublika – Donetsk və Luqansk xalq respublikaları yaradırlar. Həmin andan Kiyev hakimiyyəti ilə bu ərazidə yaşayanlar arasında qarşıdurma başlayıb. Bu baxımdan diqqəti bir fakta cəlb etmək istərdim. Rusiya yaranmış bütün ziddiyyətləri sülh yolu ilə həll etmək üçün əvvəlcə hər şeyi etdi”.

 

 

Gununsesi.info