Rusiya Suriyada daimi Hərbi-Dəniz Donanmasının bazasını yerləşdirir - FOTO

  • By admin
  • 10 Oktyabr 2016 16:10
baza
Rusiya Suriyada daimi Hərbi-Dəniz bazasını yerləşdirəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov deyib.
Onun sözlərinə görə, Rusiyanın Hərbi-Dəniz Donanması Suriyanın Tartus şəhərində yerləşəcək.
Nazir müavininin sözlərinə görə, hazırda Hərbi-Dəniz Donanmasının maddi-texniki təminatını təmin edəcək məntəqənin yaradılması istiqamətində işlər gedir. Bu məqsədlə Tartusda  mülki şəxslər iş görür. Rusiyaya məxsus hərbi birləşmə 1977-ci ildən fəaliyyət göstərir.
Qeyd edək ki, artıq  bir həftə öncə  Rusiya  buraya C-300 raket kompleksini gətirib. Tartusdakı C-300 raket sistemi Rusiyanın hərbi personalı və gəmilərinin  təhlükəsizliyini təmin edəcək.
Pankov deyib ki, artıq Rusiyaya məxsus hərbi  bazasının daimi olaraq Tartusda yerləşdirilməsi məqsədi ilə  imzalanacaq  sənədlər hazırdır.
foto
Gununsesi.info